“Radikal müxalifət” bu adı öz üzərindən götürsün” – ƏLİ ƏHMƏDOV

Mən istərdim ki, “radikal müxalifət” bu adı öz üzərindən götürsün. 

Dünyanın hər bir yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm dövlət həmişə ziyan çəkib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP)  sədr müavini və icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

YAP rəsmisi bildirib ki, radikal müxalifəti xalq tərbiyəli etməlidir:

“Çünki onlar xalqdan səs gözləyirlər.Xalqsa səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. Mən istəməzdim ki, Azərbaycan müxalifətinin hansısa bir hissəsi radikal olsun. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi müxalifər dairələr radikallığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir”. 

Ə.Əhmədov həmçinin qeyd edib ki, radikallıq böyük faciə və nöqsandır:

“Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Heydər Əliyev Beynəlxalq Aeroportu Avropaliqanın finalı üçün xüsusi tədbirlər hazırlayıb

Read Next

Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir