Rafael Hüseynov 5-ci dəfə namizədliyini irəli sürəcəkmi?

Bir insanın, o cümlədən mənim, Milli Məclisdə təmsil olunması üçün ən azı 4 vacib şərt tələb olunur. Birincisi, təbii ki, insanın özünün istəyi. İkincisi, xalqın bunu istəməsi. Üçüncüsü, dövlətin sənin qabiliyyətinə, bacarığına deputat olaraq, Milli Məclis üzvü olaraq ehtiyac duyması, sənin hansısa sahələrdə biliklərindən istifadə edilməsi zərurəti. Dördüncüsü,  mövcud ictimai-siyasi  şərait,  seçimlərin keçiriləcəyi günlərin diktə etdiyi reallıqlar.

Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üvzü Rafael Hüseynov qarşıdan gələn 2020-ci il 6-cı çağırış seçkilərdə növbəti-5-ci dəfə namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirərkən bildirib.

“Bu 4 şərt əgər “hə” deyərsə, mən də seçkilərə növbəti dəfə qatılacağam, yox, əgər  bu 4 şərtin hansısa biri uyğun olmayacaqsa, seçkilərə qatılmayacağam.

Mənim məşğul ola-fayda verə biləcəyim çox istiqamətlər var və yenə deyirəm, bu şərtlər uyğun olarsa, təbii ki, ona uyğun olaraq addımlar atılacaq”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

Qeyd edək ki, R. Hüseynov 2000-ci ildən, ikinci çağırış seçkilərdən bu yana parlamentdə təmsil olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatlar məhkəmələrdən dad etdilər… – YENİLƏNİB – (4)

Read Next

Orta pensiya məbləği 293 manat olacaq – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir