Rafael Hüseynov da telekanallardan narazılığını ifadə etdi: “Efir siyasətlərinə yenidən baxmalıdırlar”

“Kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır. Ona görə bu sahə qanunla tənzimlənməlidir”.

Etikxeber.az məlumat verir ki,  bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri, akademik Rafael Hüseynov deyib.

Komitə sədri deyib ki, Azərbaycanda internet azaddır, amma bu, o demək deyil ki, burada sui-istifadə hallarına yol verilməlidir.

R.Hüseynovun sözlərinə görə, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi tez bir zamanda qəbul edilməlidir.

“Bu qanun layihəsinə ekspertlər müsbət rəy verib. Qanun 4 fəsil, 17 maddədən ibarətdir. Burada reklamın hüdudları da müəyyənləşdirilib”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri eyni zamanda, Azərbaycan telekallarındakı vəziyyətin, onların səviyyəsinin heç də qaneedici səviyyədə olmadığını deyib.

R. Hüseynovun bildirdiyinə görə, telekanallar ailələrə daxil olur və bəzən onların yayımladığı verilişlər, proqramlar maarifləndirmə rolunu oynamaq əvəzinə, həmin ailələrin dağılmasına gətirib çıxarır:

“Ona görə hesab edirəm ki, telekanallar öz efir-proqram siyasətlərinə yenidən baxmalı və burada ciddi dəyişikliklər etməlidirlər”.

Etikxeber.az

 

Read Previous

DEPUTAT Azərbaycan telekanallarındakı teleserialları “topa tutdu”…

Read Next

Nuşirəvan Məhərrəmli: “Əvvəllər 40-50 kanala baxmaq mümkün olurdusa…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir