Rafael Hüseynov və Sevinc Fətəliyeva AŞPA-nın komitə iclaslarına qatılacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, Sosial komitənin iclasında iştirak edəcək.

sevinc fatali

Etikxeber.az xəbər verir ki, iclasda “2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.
Sevinc Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.
***

rafael-aspa-1
Eyni zamanda, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.
Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.

Rafael Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.

Etikxeber.az

Read Previous

İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu – FOTOLAR

Read Next

“Heç bir beynəlxalq qurumdan, heç bir dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikik” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir