Rafael Hüseynov: “Onlar bildirdilər ki, iki ay öncədən necə xəbərdarlıq oluna bilər?!”

“Kabel şəbəkəsi yayımı haqqında” qanun çoxdan bəri Azərbaycan qanunvericilik bazasında yerini gözləyən bir sənəd idi. Yəni, belə demək mümkünsə, “Radio və televiziya yayımı haqqında” 2000-ci ilin əvvəllərində qəbul olunan mövcud qanunun müvafiq maddəsi bu sənədin hazırlanması və qəbulunu zəruri edirdi”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov mayın 18-də adıçəkilən komitədə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin iklinci oxunuşda müzakirəsi zamanı deyib.
meclis
O, deyib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ötən müddət ərzində kabel şəbəkəsi yayımı ilə bağlı proseslər tənzim olunurdu və indi də tənzimlənməkdədir
Onun sözlərinə görə, ümumiyyətlə, son illər ərzində kabel şəbəkəsi yayımı ölkə həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.
“Təkcə Bakıda deyil, Sumqayıt və Gəncə də kabel şəbəkəsi yayımı həyata keçirilir və bu prosesin gələcəkdə bölgələri də əhatə edəcəyi gözlənilir. Ancaq dediyim kimi, bu prosesin ayrıca-müstəqil qanunla tənzimlənməsi zərurəti vardı və müzakirəyə çıxarılan sənəd də məhz bu zərurətdən irəli gəlib. Xatırladım ki, parlamentin sonuncu plenar iclasında da bu sənəd ətrafında ciddi müzakirələr aparıldı, bir sıra əhəmiyyətli təklif və iradlar səsləndirildi.
 Bu iclasa gəlməzdən əvvəl də ölkədəki kabel şəbəkəsi yayımçıları ilə görüşdüm və onlar tərəfindən də bir sıra təklif və iradlar səsləndirildi. Onların səsləndirdiyi iradlardan biri abonentlərə iki aydan əvvəl xəbərdarlıq edilməsi ilə bağlı məsələ idi. Onlar bildirdilər ki, iki ay öncədən necə xəbərdarlıq oluna bilər?! Onların sözlərinə görə, bəzi abonentlər aylıq ödəniş edirlər, hətta, yay aylarında ödənişi dayandırırlar, həmçinin, onlara göstərilən xidmət də dayandırılır. Belə olan halda, iki ay öncədən xəbərdarlıq nə dərəcədə mümkündür?! Ona görə hesab edirəm ki, bu barədə bir daha düşünmək lazımdır.
 Eyni zamanda, iradlardan biri reklam məsələsi ilə bağlıydı. Onlar bildirirdilər ki, xarici telekanallardakı reklamları dayandırmaq üçün texniki imkanlara malik deyillər və bu, çətin prosesdir. Digər tərəfdən, belə bir mövqe də ifadə olunur ki, qarşılıqlı müqavilə əsasında xarici kanallar özləri reklamsız variantı təqdim edə bilərlər. Ona görə də layihədəki həmin bəndlər ətrafında düşünürük“-deyə, R.Hüseynov sözlərinə əlavə edib.
O, həmçinin deyib ki, adıçəkilən qanun layihəsi iyun ayında parlamentin plenar iclasına çıxarılacaq:
“Çünki mayın 31-dəki plenar iclasın gündəliyi çox sıxdır. Ona görə də onu iyundakı iclasa saxlayacağıq”.
Etikxeber.az 

Read Previous

“Bəzi dəqiqləşdirmələrə ehtiyacın olduğu qeyd edildi…” – KOMİTƏ SƏDRİ

Read Next

“Bu, o, demək deyil ki, kabel şəbəkəsində xaotik vəziyyət olmalıdır?!” – JALƏ ƏLİYEVADAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir