Rafael Hüseynov: “Yazılı abidələr haqqında və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələri”

Bu ilin sonunadək Milli Məclisdə iki yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki,  Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin sentyabrın 16-da keçirilən iclasında komitə sədri, akademik Rafael Hüseynov bildirib ki, bu, “Yazılı abidələr haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələridir. Komitə sədri qeyd edib ki, bu sənədlərin hazırlanmasına sözügedən qanun layihələrinin əhatə etdiyi sahənin yaratdığı zərurətlər səbəb olub. R. Hüseynov eyni zamanda, “Muğam sənətinin qorunması haqqında” qanun layihəsinin də hazır olduğunu deyib. Onun sözlərinə görə, belə bir qanun da müzakirələrə çıxarılaraq, qəbuluna ciddi ehtiyac var. Bununla yanaşı, komitə sədri zamanında ciddi müzakirələrə səbəb olmuş  “Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında” qanun layihəsinin  hələ də gündəmdə olduğunu söyləyib.

Etikxeber.az

Read Previous

“Kinematoqrafiya haqqında” qanunun rəyə göndərilməsinə ehtiyac, gərək varmı?”- Deputat

Read Next

Komitə sədri gömrüyün, maliyyə, vergilər nazirliklərinin kino qanununa etirazlarını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir