Rafal Poborski Polşanı Azərbaycanda təmsil edəcək – TƏYİNAT

Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.

Etikxeber.az ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub.

O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.

Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.

Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub.

T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.

Etikxeber.az

Read Previous

Rəhim Həsənov “Spartak Trnava” – “Radnik Bijeljina” qarşılaşmasını idarə edəcək

Read Next

Sabiq baş nazirin oğlu, eks nazirin qardaşı, bələdiyyə sədrinin dayısı – YENİ BAŞ NAZİR KİRİAKOS MİÇOTAKİS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir