Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Şura bu hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.Amma bu son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm.
Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Şuranın tanınmış simalarınan olan Rafiq Manaflı sosial şəbəkə hesabında deyib.
“Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm.Xüsusi olaraq qeyd etmək istəyirəm, bu mövzuda hansısa suallarla mənə müraciət edilməsin, açıqlama verməyəcəyəm”-deyə, o, əlavə edib.
Qeyd edək ki, R.Manaflı həm də Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədridir.
Etikxeber.az