Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkilləri Milli Ordu Günündən və ordunun 100 illiyindən danışdılar
Bu gün xalqımızın tarixində ən əlamətdar, ən tarixi günlərdəndir. Bu gün Milli Ordu Günümüz, ordumuzun yaranmasının 100 illiyidir. Bu münasibətlə hər kəsi, bütün Azərbaycanı təbrik edirəm.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

O, qeyd edib ki, 100 il öncə Xalq Cümhuriyyətinin qurucuları Azərbaycan ordusunun əsasını qoydular, ancaq həmin Cümhuriyyətin ömrü az çəkdiyi üçün, müstəqil Azərbaycan ordusu da sıradan çıxarıldı:
“Ancaq çox xoşbəxtik ki, 1991-ci ildə xalqımız tarixində ikinci dəfə müstəqilliyini qazandı və bütün çətinlikləri dəf etməklə, yenidən öz Milli Ordusunu ən ağır şərtlər altında yaratmağa başladı. Artıq ötən 27 ildə Azərbaycan ordusu əsl müzəffər, güclü, dünya standartlarına cavab verən, yüksək döyüş qabiliyyətli bir orduya çevrilib. Bu işdə Ali Baş Komandan İlham Əliyevi əməyi, zəhməti müstəsnadır. Bu gün hər birimiz Azərbaycan ordusu ilə fəxr edə və öyünə bilərik, məhz belə də edirik. Bu gün əgər evlərimizdə rahat otuturuqsa, müharibə şəraitində omağımıza rəğmən, təhlükəsiz şəkildə yaşayırıqsa, deməli, ilk növbədə ordumuza, dövlətimizə və dövlət rəhbərimzə borcluyuq, onlara minnətdarıq. Allah ordumuzu, dövlətimizi, dövlər rəhbərimizi qorusun”.
Millət vəkili Bəxtiyar Sadıqov isə deyib ki, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir.

Millət vəkilinin dediyinə görə, hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır:
“İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib.
Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.
Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!
Bu vəhdətin təsdiqini biz iki il əvvəl aprel döyüşlərində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəfedilməz səngərlər” yaratmışdı.
Amma Lələtəpə və Talış əməliyyatları göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Çünki əvvəlcədən hazırlanmış hücum əməliyyatı deyildi ki, bütün texnika oraya yığılsın. Uğurlu əməliyyat nəticəsində Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Təmas xəttində yaşayan əhali uzun illər idi ki, ordumuza inanaraq orada yaşayır. Lələtəpə əməliyyatı zamanı onlar inamlarını əməli işdə sınadılar, evlərini tərk etmədilər və əmin oldular ki, Azərbaycan Ordusuna güvənmək mümkündür!
Güclü ordu, qətiyyətli Ali Baş Komandan və insanlarda olan yüksək vətənpərvərlik hissləri – bütün bunlar Azərbaycan Ordusunu güclülər sırasına çıxaran əsas amillərdir…”.
Digər millət vəkili Rauf Əliyev öz növbəsində bildirib ki, hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır.
R.Əliyev bildirib ki, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb:
“Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən oldu. Ordu quruculuğuna yalnız 1993-cü ild’ m’rhum Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməli oldu. Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur.
Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib, öz hərbi potensialına görə dünya ölkələri içərisində 50-ci yerdə qərarlaşıb. 2016-cı ilin aprel döyüşlərində əldə olunan böyük qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması deməyə əsas verir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir…”
Etikxeber.az





