“Ramazan bayramını Qalib Xalq olaraq qeyd edirik, müqəddəs torpaqlarımız artıq yağı tapdağında deyil, Qarabağdan azan səsi gəlir…”-MİLLƏT VƏKİLLƏRİNDƏN RAMAZAN TƏBRİKİ

On bir ayın sultanı müqəddəs Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edir, sizə can sağlığı, xoş günlər, evinizə ocağınıza, ruzi, xeyir, bərəkət, vətənimiz Azərbaycana isə həmişə müzəffər olmağı arzu edirəm.Biz müstəqillik tariximizdə ilk dəfədir ki, Ramazan bayramını qalib xalq olaraq qeyd edirik, müqəddəs torpaqlarımız artıq yağı tapdağında deyil, Qarabağdan azan səsi gəlir, Şuşada qısa müddət ərzində bərpa olunmuş Yuxarı Gövhərağa məscidində bayram namazımızı qılırıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə və Azərbaycan xalqına təbrikində dilə gətirib

“Əlbəttə, bu reallıq minlərlə şəhidimizin qanı, qazimizin sağlamlığı hesabına yaranıb. Ona görə də bu əziz gündə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, müqəddəs Ramazan bayramında bu gözəl duyğuları bizə yaşadan Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevə isə əbədi minnətdarlıq hisslərimizi ifadə edirəm. Bayramınız mübarək!Allah dualarınızı və tutduğunuz oruclarınızı qəbul etsin!”-deyə, o, bildirib.

“Müqəddəs Ramazan bayramınızı ürəkdən təbrik edirəm. Sizlərin hər birinizə əmin-amanlıq, can sağlığı, xoşbəxtlik arzulayıram. Bu il Ramazan bayramını ikiqat sevinclə, coşquyla qarşılayırıq. Azad Torpaqlarımızda-Böyük Vətənimizdə qarşılayırıq bu il bayramı. Qalibik! Qürurluyuq! Bu Qüruru, bu Qalibiyyəti bizə yaşadan Prezident İlham Əliyevə minnətdarıq! Bu Qüruru, bu Qalibiyyəti bizə yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”

Bunun isə digər millət vəkili Jalə Əliyeva sosial şəbəkə hesabında qeyd edib.

“Bu Qüruru, bu Qalibiyyəti bizə yaşadan qəhrəman Qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq! Allah Azərbaycan xalqını, Azərbaycan Əsgərini, Azərbaycan Prezidentini qorusun! Qarabağımızdan yüksələn Azan Səsimiz dünyaya yayılsın! Amin! Bayramınız mübarək!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Şuşada bayram namazı-QILINDI – VİDEO

Read Next

“Ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik”-ŞEYXÜLİSLAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir