Ramil Usubov Avropa Polis Konqresinə qatılıb

Berlində 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin builki mövzusu “Sərhədsiz Avropa? Azadlıq, mobillik və təhlükəsizlik”dir.

Etikxeber.az xəbər verir ki, iki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

20-ci Avropa Polis Konqresi Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən açılıb. Mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər.

Etikxeber.az

Read Previous

Həmkarlar İttifaqları Konfederasiyası Mehriban Əliyevanı təbrik etdi

Read Next

“Air Arabia” aviaşirkəti Şərcə-Bakı-Şərcə istiqamətində uçuşlara başlayacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir