Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangahın medal şansı…

İyulun 25-də “EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub.

Etikxeber.az  xəbər verir ki, Maksim Petrenko 50 və 200 metr məsafəyə sərbəst üzmə yarışlarında müvafiq olaraq 26.03 və 2 dəqiqə 4.66 saniyə nəticə göstərərək mübarizəni dayandırıb.

Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında yarımfinala adlayıb. Təmsilçimiz finişə 56.83 saniyəyə çataraq həlledici mərhələyə vəsiqə uğrunda mübarizə imkanı əldə edib.

Səhər sessiyasında, həmçinin qızlar 100 metr məsafəyə arxası üstə, brass, 200 metr məsafəyə fərdi qaydada qarışıq, oğlanlar isə 100 metr məsafəyə brass üsulla üzmə yarışlarında mübarizə aparıblar.

Bununla yanaşı, 4×100 metr məsafəyə qarışıq üzmə yarışlarında finalçıların adları müəyyənləşib. Üzgüçülük həvəskarları finalda Rusiya (3:55.97), Ukrayna (4:01.37), Böyük Britaniya (4:01.64), Fransa (4:01.88), Macarıstan (4:03.87), Almaniya(4:03.94), Türkiyə (4:04.19) və İspaniya (4:04.27) idmançılarının gərgin və maraqlı mübarizəsini izləyəcəklər.

Axşam sessiyasında isə finalçılar və qaliblər müəyyənləşəcək. Saat 17:00-da başlayacaq sessiyada təmsilçimiz Məryəm Şeyxəlizadəxangah ölkəmizin aktivinə idmanın bu növü üzrə ilk medalı yazdıra bilər. Belə ki, o, 100 metr məsafəyə batterflay üsulla üzmə yarışının finalında Aleksandra Sabitova (Rusiya), Roos Vanotterdyik (Belçika), Amelie Zaxenhuber (Almaniya), Sofi Friman (Böyük Britaniya), Sofiya Sartori (İtaliya), Panna Uqray (Macarıstan) və Helen Lorens (Norveç) ilə medallar uğrunda mübarizə aparacaq.

Etikxeber.az

Read Previous

Ağsuda-“Ləngəbiz”dəki yanğının səbəbi məlum oldu…

Read Next

Azərbaycan HHQ-nin təyyarəsi qəzaya uğradı – PİLOTUN AXTARIŞI VƏ CİNAYƏT İŞİ BAŞLANILDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir