Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bakı-2017”də kişilər arasında taekvando yarışlarında ölkəmizi təmsil edən Ramin Əzizov (87 kq) qızıl medal qazanıb.
Etikxeber.az xəbər verir ki, Azərbaycan idmançısı final görüşündə iranlı Əhməd Məhəmmədi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 16:14 hesabı ilə qalib gələn Ramin Əzizov “Bakı-2017″də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb.
Bürünc medalları Türkiyə idmançısı Sərdar Yüksəl və Kot D’İvuar təmsilçisi Seydou Qbane əldə ediblər.
Mübarizəyə dörddəbir finaldan qoşulan Ramin Əzizov iordaniyalı Anas Sadekə 27:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Sərdar Yüksəldən 13:5 hesabı ilə üstün olub.
***
Qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.
“Baku Crystal Hall”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb – 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub – 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.
Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.
Kişilər arasında voleybol yarışına isə mayın 21-də yekun vurulacaq.
Etikxeber.az