Ramiz Abutalıbovla Nurəddin Quliyevə Prezidentin fəxri təqaüdləri verildi

Ölkə Prezidenti İlham Əliyev Xalq artisti Nurəddin Quliyev və Azərbaycanın YUNESCO-dakı sabiq nümayəndəsi Ramiz Abutalıova Prezidentin fəxri təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamlarda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı

Read Next

Maliyyə naziri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir