Ramiz Göyüşov partiyadan xaric edildi-YAP İDARƏ HEYƏTİ QƏRAR VERDİ – YENİLƏNİB

Xəbər verildiyi kimi, bu gün 40 nəfərdən ibarət Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası olacaq.

Bu gün keçiriləcək iclasda müzakirəyə çıxarılacaq məsələlər də məlum olub.

Etikxeber.az xəbər verir ki, saat 15.00-da başlayacaq iclasın gündəliyinə Ramiz Göyüşovun partiyadan xaric edilməsi, YAP Bakı rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və digər təşkilati məsələlər daxildir.

Onu da qeyd edək ki, hakim partiyanın axırıncı qurultayından sonra YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri seçki, səsvermə yolu ilə deyil, təyinatla müəyyənləşdirilirlər.

10:51

***

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Etikxeber.az

Read Previous

İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində-İŞTİRAK ETDİ – FOTOLAR

Read Next

Gənc redaktor YAP-dan qovulan Ramiz Göyüşovdan 2 min manat alarkən tutulub-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir