Ramiz Həsənoğlu, Şərqiyyə Hüseynova…Prezidentin fərdi təqaüdçüsü oldu

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynova Şərqiyyə Qurban qızı

Məmmədov Seyavuş Əliəkbər oğlu

Mirzəyev Ramiz Həsən oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır – İran XİN

Read Next

Sevda Ağazadə, Həqiqət Əsgərzadə, Eldost Bayramov, Nərgiz Cəlilova… FƏXRİ ADLAR- SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir