Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.
Etikxeber.az-ın “APA-Economics”-ə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.
Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.
Onu da qeyd edək R. Babayev SSRİ Xalq artisti, ünlü sənətkar, millət vəkili Zeynəb Xanlarovanın və mərhum Səlim Babayevin oğludur.
R. Babayev həm də sabiq deputat, eks icra başçısı və keçmiş səfir Arif Ağayevin kürəkənidir.
Etikxeber.az