Mehdiyev PA-dan getdi – “HEYDƏR ƏLİYEV” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAMLAR

Ölkə Prezidenti İlham Əliyev akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin.

Prezident həmçinin, R. Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında  Sərəncam imzalayıb

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

Etikxeber.az

Read Previous

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar Agentliyi – LƏĞV OLUNDU – FƏRMAN

Read Next

AMEA-nın yeni prezidentinin adı açıqlandı – RAMİZ MEHDİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir