Ramiz Mehdiyevin, Hacıbala Abutalıbovun, Əli Həsənovların, Əli Abbasovun, Hüseynqulu Bağırovun, Siyavuş Novruzovun, Akif Əlizadənin, Seymur Orucovun…YAP rəhbərliyindəki son günü…-YAP-IN QURULTAYINDA NƏLƏR YAŞANACAQ? – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün (bir azdan) hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti və növbədənkənar qurultayı öz işinə başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, qurultay koronavirus pandemiyası ilə bağlı məhdud sayda iştirakçılarla YAP-ın özünün mərkəzi qərargahında baş tutacaq.

Qurultay əvvəlkindən bir qədər fərqli formatda olacaq.

Belə ki, qurultayda YAP-ın İdarə Heyətinin üzvləri, rayon və şəhər təşkilatlarının sədrləri, bır sıra Siyasi Şura üzvləri və digər şəxslər iştirak edəcək.

YAP-çı deputatların və Siyasi Şura üzvlərinin bir çox qurultaydan kənarda qalacaq.

Çünki onlara dəvət göndərilməyib.

Qurultay həm də çox çəkməyəcək, tez başa çatacaq.

Qurultayda əsasən təşkilati məsələlərə baxılacaq, rəhbərlikdə, rəhbər orqanlarda xeyli dəyişikliklər ediləcək.

İdarə Heyətinin, Siyasi Şuranın tərkibi bəzi istisnalarla tam yeniləcək, bu qurumlara yeni simalar cəlb olunacaq.

Həmçinin, sədr müavinlərindən ən azı ikisi-sabiq vitse-premyer Əli Həsənov və akademik Akif Əlizadə vəzifələrindən getməli olacaqlar.

Bununla yanaşı, İcra Katibliyində, ən azı müavinlər (müavinlərdən birinin-Siyavuş Novruzovun postu avqust ayından boşdur) səviyyəsində yenilənmələr, əvəzlənmələr olacaq.

İdarə Heyətinin və Siyasi Şuranın üzvlərindən, tanınmışlardan-Hacıbala Abutalıbovun, Prezidentin sabiq köməkçisi Əli Həsənovun, akademik Ramiz Mehdiyevin, o cümlədən, Yusif Hümbətovun, Abdin Fərzəliyevin, Fatma Abdullazadənin, Dilarə Seyidzadənin, Kərim Kərimovun, Nurlana Əliyevanın, Musa Musayevin, millət vəkili Siyavuş Novruzovun, sabiq nazirlər Əli Abbasovun, Hüseynqulu Bağırovun, eks-deputat Arif Rəhimzadənin, və digərlərinin adıçəkilən qurumlardan uzaqlaşdırılacağı gözlənilir və nəzərdə tutulur.

Onlar yeni simalarla əvəzlənəcəklər.

Qurultay iştirakçılarının qeydiyyatı bir azdan-saat 8:30-09:00-dan başlayacaq.

07:39

***

Artıq qurultay iştirakçıları YAP-a gəlməyə başlayıblar.

Bir azdan da qeydiyyat başlanır.

08:19

***

YAP-ın qurultayının başlanmasına az qalıb.

Artıq qurultay iştirakçıları qeydiyyatdan keçirlər.

Qurultay məhdud sayda içtirakçılarla YAP-ın qərargahında keçiriləcək.

08:40

***

Qurultayda YAP Gənclər Birliyində də ciddi dəyişikliklərin baş verəcəyi bildirilir.

Belə ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun YAP Gənclər Birliyinin sədri vəzifəsində başqası ilə əvəzlənəciyi gözlənilir.

Xatırladaq ki, S. Orucov millət vəkili Səttar Mehbalıyevin bacısı oğlu, sabiq deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

Eyni zamanda, sədr müavinlərinin yenilənəcəyi qeyd olunur.

Qeyd edək ki, qurultay iştiraçkıları içərisində gənc, cavan YAP-çılar üstünlük təşkil edir.

YAP Gənclər Birliyinin sədr və müavinləri:

  1. Orucov Seymur Vaqif oğlu –  sədr
  2. Əliyeva Aytac Pərviz qızı – sədr müavini
  3. Quliyeva Samirə Orucqulu qızı – sədr müavini
  4. Məmmədov Ramin Ələmşah oğlu – sədr müavini
  5. Pənahov Əli Dünyamalı oğlu – sədr müavini

08:55

***

Qurultay saat 10-da başlayacaq.

Bu haqda isə saytımıza bir az öncə qurultay iştirakçılarından biri məlumat verib.

***

Bir saatdan çoxdur öz işinə başlayan qurultayda sürpriz dəyişikliklərin ola biləcəyi ilə də bağlı saytımıza məlumatlar daxil olmaqdadır.

Belə ki, YAP sədrinin müavi Əli Əhmədovun bu dəfə İcra Katibliyindən gedəcəyi, sadəcə, sədr müavini kimi qalacağı deyilir.

Həmçinin, hazırda YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitədinin sədri Mübariz Qurbanlının da başqası ilə əvəzlənəcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, hər iki şəxş 22 ildir ki, İcra katibi və İcra katibinin müavini kimi fəaliyyət göstərirlər…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

YAP-a birləşən Demokratik Sahibkarlar…Mahmud Məmmədovçular-həm də Eldar Əzizovçular…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

“Bu, mənə göstərilən böyük etimaddır və…”-YAP İDARƏ HEYƏTİNİN YENİ ÜZVÜ AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir