Ramiz Mirişli bəstələri ilə yad ediləcək

Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, konsertdə Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq, Gülyaz Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və “Sevil” qrupu iştirak edəcək.

Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və digər sevilən mahnıları ifa olunacaq.

Biletləri “iticket.az” saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

Etikxeber.az

Read Previous

USD/AZN rəsmi məzənnəsi 1,7563 manat səviyyəsində müəyyən olundu

Read Next

Azərbaycan Ümumrusiya Teatr Festivalında təmsil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir