Ramiz Rövşənin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyində şair Ramiz Rövşənin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, yazıçı Kamal Abdulla, professor Rafiq Əliyev və başqaları iştirak ediblər.

Yazıçılar Birliyinin sədri Anar Rzayev Ramiz Rövşənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb, onu əvəzsiz şair, tərcüməçi kimi xarakterizə edib. Anar qeyd edib ki, Ramiz Rövşəni təkcə Azərbaycanda yox, ölkədən kənarda da qiymətləndirirlər. Birlik sədri Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Ramiz Rövşənə rəhbərlik etdiyi qurumun və TÜRKSOY-un diplomunu və medalını təqdim edib.

Tədbirdə çıxış edən xalq şairi Fikrət Qoca, yazıçı Kamal Abdulla, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, professor Rafiq Əliyev və başqaları Ramiz Rövşənlə dostluqlarından, onun şeirlərinin, yaradıcılığının ədəbi qüdrətindən danışıblar.

Etikxeber.az

Read Previous

“Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi hazırlanıb

Read Next

Rusiyadan Azərbaycana quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir