“Rauf kimi gənclərimizlə hər zaman qürur duyacağıq!”-DEPUTAT ŞƏHİD RAUF ƏLİYEVDƏN BƏHS ETDİ

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Vətən Müharibəsinin şəhidi, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbində tar müəllimi olmuş Rauf Əliyevin valideynləri İlyas Əliyev və Səbinə Əliyeva ilə Mədəniyyət Komitəsində görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Komitə sədri deyib:

“Əziz şəhid valideynləri, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin valideynlərisiz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Oğlunuz Vətən Müharibəsində iştirak edərkən Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Rauf kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

Şəhid mədəniyyət işçisinin valideynlərinə Mədəniyyət komitəsi adından məktub təqdim edilib.

Etikxeber.az


Read Previous

“Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub…”-Eldar Əzizov – “Badamdar”-da yenidən torpaq sürüşməsi-YOL BAĞLANDI VƏ… – FOTO – YENİLƏNİB – (2)

Read Next

“Azadlıqla azğınlığın fərqi çox böyükdür…”-MİLLƏT VƏKİLİ AŞPA-DAKI ÇIXIŞINDA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir