Rayonlararası sərnişindaşımada maskadan istifadə-TƏLƏB EDİLƏCƏK…

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) maskadan istifadə olunacaq.

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına şərhində əksini tapıb.

Həmçinin fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində və açıq sahəli ofislərdə və istehsalat yerlərində də maska tələbi qüvvədə qalır.

Etikxeber.az

Read Previous

Azərbaycanda Aİ-95 və Aİ-98-BENZİNİ BAHALAŞDI…

Read Next

Deputatlardan şəhid və qazi övladları üçün-TƏŞƏBBÜS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir