“Razılaşdıq ki, bir qrup deputatla onlara gələcəyik…” – MİLLƏT VƏKİLİ

“9 mart tarixində Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında həlak olanlardan biri də Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəşad Canıyev idi. Rəşad ailədə iki bacının bir qardaşı idi, atası da ötən ilin aprelində vəfat edibmiş”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, Rəşadın ailəsinin telefon nömrəsini tapıb, onlara zəng vurub, özünü təqdim edib.

“Anası və bacısı ilə danışdım. Oğullarına görə başsağlığı verdim, bayramlarını təbrik etdim.

Bayram günündə onları yada salmağı özümə borc bildiyimi dedim.

Bakıda olmadıqlarını, şəhərə qırx mərasimindən sonra qayıdacaqlarını dedilər.

Razılaşdıq ki, həmin zaman bir qrup deputatla onlara gələcəyik”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub

Read Next

“Novruz” – Nəriman Qasımoğlunun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir