Raziyə Kamilqızının Şəhid Adəm Əliyevlə bağlı qələmə aldığı-“SOLAN GÜNƏSİM” KİTABININ TƏQDİMATI OLDU – FOTOLAR

Kürdəmir rayon Gənclər Evində Kürdəmir rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin xatirəsinə həsr olunmuş “SOLAN GÜNƏSİM” adlı kitabın təqdimatı keçirilib.

Qeyd edək ki, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızıdır.

Etikxeber.az xəbər verir ki, təqimat mərasimində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə Kürdəmirli Şəhid ailələri, təhsil işçiləri, yerli ziyalılar, məktəblilər, tibb işçiləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, Qəbələ rayonundan olan Şəhid ailəsi və yazarlar iştirak ediblər.

Çıxış edən hər kəs qəhraman oğullardan biri olan Adəm Əliyev haqqında qürurla və iftixar danışıblar.

Gənclər Evinin direktoru Nicat Ağahəhimov daim Şəhidlərin xatirəsini əziz tutduqlarını və mütamadi olaraq belə tədbirlər keçirdiklərini bildirib.

Sonra Adəm Əliyevin anası Akifə xanım Ağayeva oğlu ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra AYB və AJB- nin üzvü, yazar Raziyə Kamilqızı belə gözəl tədbirin hazırlanması üçün Kürdəmir rayon İcra Hakimiyyətinə, Kürdəmir rayon Gənclər Evinin direktoruna və kollektivinə, o cümlədən qonaqların hər birinə təşəkkür edib.

Həmçinin, Şəhidlərin əziz xatirəsinə həsr etdiyi “SOLAN GÜNƏŞİM” adlı kitabını təqdimat iştirakçılarına təqdim edib.

Sonda isə xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Ukraynaya humanitar yardım məqsədilə 1 milyon ABŞ dolları vəsait ayrıldı-PREZİDENT SƏRƏNCAM İMZALADI

Read Next

13 dərəcəyədək şaxta qeydə alınıb-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir