“Real”-ın baş məşqçisinin istefası təsdiqləndi…

“Real Madrid” futbol klubunun rəhbərliyi baş məşqçi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

Etikxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

mas-real

Bildirilir ki, qərara səbəb Madrid klubunun nəticələrinin qənaətbəxş olmamasıdır. Baş məşqçinin vəzifəsini müvəqqəti olaraq “Kastilya” klubunun məşqçisi Santyaqo Solari icra edəcək.

Xatırladaq ki, “Real Madrid” futbol klubu oktyabrın 28-də “Barselona” ilə keçirilən “El Klasiko” matçında 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir – MİLLƏT VƏKİLİ

Read Next

“Danışıqlar Komissiyası yaradılsın ki…” – ZAHİD ORUC – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir