“Real Madrid” klublararası dünya çempionatının qalibi oldu – FOTO

“Real Madrid” komandası FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının qalibi olub.

Etikxeber.az  xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki “Zayed Sports City” stadionunda oynanılan final qarşılaşmasında UEFA Çempionlar Liqasının sonuncu qalibi olan “Real” Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) Libertadores kubokunun sahibi “Qremio” (Braziliya) ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda yeganə qolu “Real”ın portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo vurub. Ulduz futbolçu matçın 53-cü dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunun taleyini həll edib.

Bu, “Real”ın üçüncü çempionluğudur. Bundan əvvəl 2014-cü və 2016-cı illərdə də turnirin qalibi olan madridlilər bu yarışda ən çox çempion olan əzəli rəqibləri “Barselona”nın rekordunu təkrarlayıblar. “Real” bu kuboku ardıcıl iki dəfə əldə edən ilk komanda kimi tarixə düşüb.

Turnirin ən məhsuldar futbolçusu 7 qolla Kriştiano Ronaldo olub.

Etikxeber.az

Read Previous

Hidayət Heydərov beynəlxalq yarışda bürünc medal qazandı

Read Next

Ordu mövzusu ilə gündəmdə qalmaq? – AYDIN MİRZƏZADƏ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir