“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub

Futbol üzrə klublarası dünya çempionatının qalibi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, “Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu əlavə vaxtda daha iki qol vuraraq het-trik edib. Beləliklə, kral klubu 2014-cu ildən sonra ikinci dəfə sözügedən turnirin qalibi olub.

Qeyd edək ki, “Real Madrid”dən fərqli İspaniyanın digər nəhəngi “Barselona” bu kuboku 3 dəfə (2009, 2011 və 2015-ci il) qazanıb.

Etikxeber.az

Read Previous

“Cəsarətli olun axundlarımız, Ruhaninin Ermənistana səfərini tənqid edin!” – POLİTOLOQDAN ÇAĞIRIŞ

Read Next

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı 26-ya çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir