“Real Madrid”dən Kurtua və Vilyam üçün 100 milyonluq TƏKLİF

Madridin “Real” klubu belçikalı qapıçı Tibo Kurtua və braziliyalı yarımmüdafiəçi Vilyama görə Londonun “Çelsi” klubuna 100 milyon funt (112 milyon avro) ödəməyə hazırdır.

Etikxeber.az Madrid klubunun rəsmi saytına istinadla xəbər verir ki, T.Kurtua “kral klubu”na razılıq verib. Əgər “Çelsi” klubu avqustun 9-na kimi (transfer pəncərəsinin bağlanma günü) Tibo Kurtua üçün əvəzləyici tapsa qapıçı “Real” klubuna transfer oluna bilər.

T.Kurtua 2014-cü ildən “Çelsi” klubunun şərəfini qoruyur. O, London klubunun heyətində 126 oyun çıxıb, 71 oyunda qapısını toxunulmaz saxlayıb.

realll-1

Vilyam 2013-cü ildən “Çelsi” klubunun formasını geyinir. Keçən mövsüm İngiltərə Premyer Liqasında 55 oyun start heyətdə meydana çıxan braziliyalı 13 dəfə fərqlənib və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Tibo mundialın ən yaxşı qapıçısı “Qızıl əlcək” mükafatı alıb.

Vilyamın komandası Braziliya millisi isə dörddəbir final mərhələsində Belçikaya məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

Etikxeber.az

Read Previous

Sumqayıtda partlayışda 4 nəfərin ölməsi ilə əlaqədar cinayət işi başlandı

Read Next

“Tərəfdaşlıq prioritetləri” əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir