“Real Madrid”in məhsullarının üzərindəki loqoda xaç işarəsi olmayacaq – YAXIN ŞƏRQDƏ

Dünyanın və İspaniyanın futbol nəhəngi “Real Madrid” klubunun rəhbərliyi Yaxın Şərqdə satışa çıxardığı formaların üzərindəki loqodan xaç işarəsinin çıxarılması barədə qərar qəbul edib.

Etikxeber.az xəbər verir ki, klub rəhbərliyinin qərarında Yaxın Şərqin müsəlman əhalisinin bu məsələ ilə əlaqədar həssaslığı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marka” firması ilə razılığa gələn “Real Madrid” klubu öz məhsullarını yeni əməkdaşlıq vasitəsilə bu ölkə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniyada satışa çıxaracaq.

Bu, Madrid klubunun 1908-ci ildən bəri istifadə etdiyi loqodan xaç işarəsini çıxardığı ikinci haldır. Belə ki, “Real Madrid” klubu “Emirates” şirkəti ilə sponsorluğa dair 2014-cü ildə Əbu-Dabi Milli Bankı ilə imzaladığı müqaviləyə əsasən loqodakı xaş işarəsini götürmüşdü.

Etikxeber.az

Read Previous

London polisi tərəfindən saxlanılan AZAL-ın bələdçiləri buraxıldı – FOTO

Read Next

MN: Ermənistanın itkilərinin sayı bu ay 10 nəfəri keçib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir