Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniya La Liqasında üçüncü turun dörd oyunu keçirilib.
Etikxeber.az xəbər verir ki, “Real Madrid” “Santyaqo Bernabeo” stadionunda “Leqanes” klubunu qəbul edib.
Oyunun favoriti sayılan “kral” klubu hesabı 17-ci dəqiqədə açıb. Madridlilərin sağ cinah müdafiəçisi Dani Karvaxalın ötürməsini Qaret Beyl dəqiq zərbə ilə tamamlayıb.
Bu qoldan yeddi dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Cərimə meydançasında qayda pozuntusuna görə hakim “Real Madrid” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və Quido Karillo fürsəti əldən verməyib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
Fasilədən sonra hücumları gücləndirən Madrid təmsilçisi oyunun 48-ci dəqiqəsində yenidən hesabda önə keçib. Marselo-Asensio-Benzema kombinasiyasını sonuncu dəqiq baş zərbə ilə tamamlayıb. Bundan 13 dəqiqə sonra meydan sahibləri hesab arasındakı fərqi artırıb. Kərim Benzema özünün ikinci, komandasının isə üçüncü topunu rəqib qapısından keçirdib. Bu da oyunda son qol olmayıb. 66-cı dəqiqədə “Leqanes” klubunun qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Serxiyo Ramos qola çevirib. Beləliklə, “Real Madrid” klubu La Liqada ardıcıl üçüncü qələbəsini qazanıb.
Madrid şəhərin digər təmsilçisi “Atletiko” səfərdə “Selta Viqo” klubuna məğlub olub (2:0). “Selta Viqo” klubun heyətində 46-ci dəqiqədə Maksi Qomez və 52-ci dəqiqədə İaqo Aspas fərqləniblər.
Turun avqustun 31-də və sentyabrın 1-də keçirilmiş digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
İspaniya La Liqasının üçüncü turuna sentyabrın 2-də “Levante”
“Xetafe” – “Real Valyadolid” – 0:0
“Eybar” – “Real Sosyedad” – 2:1
“Villyareal” – “Girona” – 0:1
-“Valensiya”, “Deportivo Alaves”-“Espanyol”, “Real Betis”-“Sevilya” və “Barselona”-“Hueska” oyunları ilə yekun vurulacaq.
Etikxeber.az