“Real”ın müdafiəçisi vergidən yayındığını etiraf etdi- 500 MİN AVRO ÖDƏYƏCƏK

Madridin “Real” klubunun məşhur braziliyalı müdafiəçisi Marselonun da adı vergidən yayınanların sırasında gündəmə gəlib.

Etikxeber.az xəbər verir ki, o, məhkəmədə vergidən yayındığını etiraf edərək 500 min avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu deyib.

Mətbuatın yazdığına görə, futbolçunun məhkəməsi cəmi 10 dəqiqə çəkib. Onu cinayət sxemi yaratmaqda ittiham edirlər. Həmin sxem vasitəsilə Marselo iki il ərzində (2011-ci ildən 2013-cü ilədək) vergidən yayınmaq məqsədilə imic hüquqlarının satışından əldə etdiyi gəlirləri gizlədib.

Etikxeber.az

Read Previous

AGF-nin yeni baş katibi: NURLANA MƏMMƏDZADƏ – FOTO

Read Next

PUTİNİN NÖVBƏTİ PREZİDENTLİYİ AZƏRBAYCANA NƏ VƏD EDİR? – Elxan Şahinoğlu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir