“Red Bull Soapbox”-u izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub – FOTOLAR

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Red Bull Soapbox” yarışı keçirilib. Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın qalibi adına “Angry Birds” komandası layiq görülüb. “Aviators” komandası ikinci, “Bull & Co” isə üçüncü yeri tutub.

Yarışmanın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxil idi. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.

arzu

Etikxeber.az

Read Previous

Ştrausun “Düyməcik” baleti nümayiş olunacaq

Read Next

Gürcüstanda parlamentində iki partiya – “Gürcü arzusu” və “Vahid Milli Hərəkat”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir