Referendumla bağlı təşviqat kampaniyası başa çatdı

Bu gün saat 8:00-da Azərbaycanda  Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatıb.

Etikxeber.az-ın  məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına  səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb.

Təşviqat sentyabrın 25-də, saat 08.00-da başa çatıb.

Etikxeber.az

 

Read Previous

“Azərbaycan millisi məğlub olmağı sevməyən futzal millisidir”- Fabio Sesilio

Read Next

Taekvondocularımızdan 5-i Rusiyadakı turnirdə mükafatçılar sırasında yer alıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir