“Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” də Xocalı soyqırımı qurbanlarını andı…

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə Beynəlxalq Xəstəxanasının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” də Xocalı faciəsinin qurbanlarını anıb.

Etikxeber.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən layihə rəhbəri Ruslan Vəliyev bildirib ki, Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib:

“Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitləri belə təhqir etmişlər”.

Tədbirdə qeyd edilib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral – Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanıb.

#Khojaly #Garabakh #genocide #Azerbaijan #justiceforKhojaly #AzGF #GenclerFondu #TibbMəktəbi #SağlamGənclik #YapGəncə #GİBİ #GBX #GəncəBeynəlxalqXəstəxanası

Etikxeber.az

Read Previous

“İsgəndər Həmidovun vəfatını dərin bir üzüntü ilə öyrəndim…” – MERAL AKŞƏNƏR

Read Next

Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası: TBİLİSİ, YOXSA, STRASBURQDA KEÇİRİLƏCƏK?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir