Regionda çox təhlükəli situasiya yaranıb – TAHİR MİRKİŞİLİ ATƏT PA-DAN SƏSLƏNDİ – FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının (PA) əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olub.

Etikxeber.az-ın xəbərinə görə, müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.

Sessiya çıxış edən deputat Tahir Mirkişili regionda təhlükəsizliyə əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünün pozulmasını göstərib, Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

tahir mirkisili-atet

“Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündür” – deyən, T. Mirkişili bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalınn inkişafına mane olduğunu vurğulayıb.

Ermənistanda hökumət dəyişikliyinin Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən T. Mirkişili sonrakı prosseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu və bunun regionda yeni təhlükəlli situasiya yaratdığını qeyd edib.

Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitliyi, vətəndaş həmrəyliyini, cəmiyyətdəki həmrəyliyi, multikulturalizmi, dinlər və xalqlar arası dialoqu, dayanlıq və dinamik iqtisadi inkişafı gösərib.

Deputat bunlara nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbüsslərini dəstəkləməyə çağırıb.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyası yaradılsın – AZAY QULİYEVDƏN TƏKLİF – FOTOLAR

Read Next

Dəyişkən havaya hazır olun – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir