Regionda saatlar Bakı vaxtilə qurulur – DEPUTAT

Artıq regionda saatlar Bakı vaxtilə qurulur .
Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Hikmət Babaoğlu cəbhə xəttində yaranmış gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə gğrə, düşmənin aqressivləşməsi onun hərbi – siyasi məğlubiyyəti ilə bağlıdır. “Mən bu qənaətə dəqiq inanıram ki, Ermənistan dövlətinin mövcudluğu onun birinci məğlubiyyətinə qədərdir. Bu məğlubiyyət artıq başlayıb. 2016 -cı ilin Aprel döyüşləri bu məğlubiyyətin başlanğıcı idi. Azərbaycan ordusunun ikinci belə həmləsindən sonra Dağlıq Qarabağda, üçüncü həmləsindən sonra isə ümumiyyətlə Ermənistanda adam qalmayacaq”- deyə, millət vəkili vurğulayıb.  O, əlavə edib ki, Ermənistanda hakimiyyətdə olan hərbi xunta da bunu yaxşı başa düşdüyündən təmas xəttində təxribatlar törətməklə guya güc nümayiş etdirib daxili hərbi psixoloji əhval- ruhiyyəni məğlubiyyət kompleksinden xilas edəcək: “Ancaq bu o qədər də asan məsələ deyil. İskəndər raketlərinin nümayişi də əslində buna hesablanmışdı ancaq heç bir nəticə vermədi.Bundan sonrakı cəhdlər də nəticəsiz qalacaq.Yaxşı olar ki Ermənistan hərbi – siyasi reallığı düzgün qiymətləndirərək işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Artıq regionda saatlar Bakı vaxtilə qurulur.
Etikxeber.az

Read Previous

Konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil edilir – Səhiyyə Nazirliyi

Read Next

Neft Fondu KİV-lərə niyə qəzəbləndi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir