Rektor eks vitse-spikerin oğlunu Abbaszadənin qızı ilə əvəzlədi – TƏYİNAT

Mehdi Abdullayev bundan sonra Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərəcək

Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.

ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və  bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”.

C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.

Etikxeber.az olaraq isə qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanı və eks vitse-spiker, millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın  yeganə oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı və Xalq yazıçısı Hüseyn Abbaszadənin nəvəsidir.

Həmçinin qeyd edək ki, Mehdi Abdullayev əvvəllər ləğv olunmuş Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb və millət vəkili Aqiyə Naxçıvanlının rektorluğu dövründə həmin institutdan ADPU-ya təyinat alıb.

govhar kamal

maleyka

Etikxeber.az

Read Previous

Nəvaz Şərif Şəhidlər xiyabanını da ziyarət etdi

Read Next

Baş nazirin Azərbaycana səfəri başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir