“Renew Europe”-nın təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı” mövzusunda müzakirələr-BAŞLADI VƏ… – FOTO

Avropa Liberal Demokratlar Alyansının (ALDE-nin) Avropa Parlamentindəki fraksiyasının, “Renew Europe”-nın təşəbbüsü ilə, onlayn formada “Şərq Tərəfdaşlığı” mövzusunda müzakirələr başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müzakirələrdə “Şərq Tərəfdaşlığı” müqaviləsinə daxil olan, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belorusla yanaşı Rusiyadan da olan əsas siyasi təşkilatların rəhbər şəxsləri, Renew Europe fraksıyasının və Avropa Parlamentinin rəhbərliyinə daxil olan şəxslər və deputatlar iştirak edib.

Müzakirələrdə Renew Europe fraksiyasının prezidenti Dacian Cioloș, Avropa Parlamentinin üzvü və Belorus üzrə məruzəçi Petras Auštrevičius, Renew Europe qrupunun Xarici siyasət məsələləri üzrə koordinatoru, Hilde Vautmans Avropa İttifqaının “Dəyərlər və Şəffaflıq” (Values and Transparency) Komissiyasının sədr müavini Věra Jourova, Rusiya, Şərq tərəfdaşlığı, Orta Asiya, Regional əməkdaşlıq üzrə Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin drektor müavini Luc Devigne, Avropa Parlamentinin üzvü, Renew Europe fraksiyasının vitse-prezidenti Michal Šimečka, Avropa Parlamentinin deputatı, Moldova üzrə daimi məruzəçi Dragoș Tudorache məruzələrlə çıxış ediblər.

Tədbirdə Azərbaycanı təmsil edən Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edərək Azərbaycan və Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin inkişafının zəruriliyi, Avropa Birliyinə daxil olan ölkələrlə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi, Azərbaycanda insan haqları və demokratiyanın hazırkı vəziyyəti, o cümlədən siyasi məhbus problemi, Qarabağ məsələsinin nizamlanması prosesinin Rusiyanın nəzarətindən çıxarılması, Azərbaycan və Ermənistan arasında ikitərəfli müzakirələrin daha səmərəli ola biləcəyi və digər mövzular haqqında danışıb.

Bu məsələrlə bağlı konkret təkliflər verib.

Müzakirələr qarşıdakı günlərdə davam etdiriləcək.

Etikxeber.az


Read Previous

Daha 209 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

“Heç cür başa sala bilmədim ki, sağlam deyiləm, ağrılarım var, düz-əməlli yeriyə bilmirəm…Nəzərə almadılar… Hazırda da çətinliklə, əsa ilə yeriyirəm…”-QAZİ, İKİ MEDALLI HÜSEYN SALAHOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir