Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini bəyan etdi – RƏYLƏR

Eldar İbrahimov: “Artıq Azərbaycan cəmiyyətində oturuşmuş, formalaşmış rəy mövcuddur: ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin mütləq əksəriyyəti iqtidara, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevə inanır, güvənir, etibar və etimad edir”

Eldəniz Səlimov: ” Azərbaycan vətəndaşı, insanlarımız bu siyasəti, bu siyasəti yaradan və həyata keçirən insanları, qüvvələri qoyub, başqa qüvvələrə və şəxslərə öz taleyni bağlaya, ona etibar edə bilməzdi”

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələrini təqdim edib.

elssss

Etikxeber.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edir. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib.

Ekspress rəy sorğusu ölkənin 68 rayonunda 4560 nəfər arasında keçirilib.

Rəyi soruşulanların 62,9 faizi Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndirib.

Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib.

Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.

***

eldar-bdu

Sözügedən sorğu ilə bağlı Etikxeber.az-a açıqlamasında isə Milli Məclisin (MM) komitə sədri, professor Eldar İbrahimov qeyd edib ki, məlum nəticələr  bir daha Azərbaycan reallığını və həqiqəti əks etdirir, olduğu kimi, ortaya qoyur.

“Əvvəla qeyd edim ki, müxtəlif məsələlərlə bağlı rəy sorğularının keçirilməsi normal haldır və bu, dünyada artıq bir ənənə halını alıb. Düzdür, bəzən sorğularda (xarici rəy mərkəzlərindən bəzilərinin apardığı sorğularda) qeyri-obyektivlik, reallıqların təhrif olunması, qərəzlilik də özünü göstərir və bu da həmin sorğuları keçirən mərkəzlərin kimə, hansı dairələrə bağlılığından irəli gəlir, amma əksər hallarda rəy sorğuları reallıqların, həqiqətələrin əyani və növbəti sübutu kimi ortalıqda olur. Bu yerdə onu da xatırladım ki, elə bugünlərdə xarici və nüfuzlu rəy mərkəzlərindən birinin nəticələri açıqlanmışdı və orada da bu gün açıqlanan nəticələrə yaxın nəticələr özünün əksini tapmışdı. Yəni, nəticələr bir az aşağı-bir az yuxarı üst-üstə düşür və düşmüşdü. Bu da onu göstərir ki, artıq Azərbaycan cəmiyyətində oturuşmuş, formalaşmış rəy mövcuddur: ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin mütləq əksəriyyəti iqtidara, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevə inanır, güvənir, etibar və etimad edir.

Heç şübhəsiz ki, bu inam, bu güvən, bu etibar və etimad da elə-belə yaranmayıb, bu, illərin zəhməti, Azərbaycan insanı naminə ortaya qoyulan fəlaiyyət, xidmət sayəsində yaranıb, mümkün olub. İstər mərhum dövlət başçısı Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət kursu, istərsə də həmin kursu 14 illik fəaliyyəti dövründə uğurla və layiqincə davam etdirən cənab İlham Əliyevin Azərbaycan dövləti, Azərbaycan insanı naminə həyata keçirdiyi daxili- xarici siyasət vətəndaşlarımızın rifah halının yaxşlaşdırılmasına, onların təhlükəsizliyinin tam mənasında qorunmasna xidmət edib və etməkdədir. Təbii ki, Azərbaycan vətəndaşı, Azərbaycan insanı da bunu görür, hiss edir və qiymətləndirir, yəni, indiki hakimiyyətin siyasətinə birmənalı dəstəyini verir, mövcud iqtidarın hələ uzun illər hakmiyyətdə qalmasını istəyir.

Bunun əksi də mümkün deyil. Tam qətiyyətlə və inamla demək olar ki, Azərbaycan vətəndaşlarının, Azərbaycan seçicilərinin dəstəyi sayəsində 1993-cü ildən bu yana yürüdilən siyasət kursu, o cümlədən, İlham Əliyev iqtidarı hələ uzun illər davam edəcək, Azərbaycanımıza öz növbəti  töhfələrini verəcək. Açıqlanan növbəti rəy sorğusu, onun nəticələri də bunun bir daha təsdiqi oldu”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

eldeniz-1-yeni

Digər millət vəkili Eldəniz Səlimov öz növbəsində hesab edir ki, növbəti rəy sorğusunun nəticələri də məhz bu cür olmalıydı.

“Başqa cür də ola bilməzdi, bunun əksini nəinki gözləmək, düşünmək belə düzgün olmazdı. Rəy sorğosunun nəticələri elə belə də olmalıydı. Yəni, qəbirdilən Azərbaycan insanı, Azərbaycan vətəndaşı fərqli mövqe nümayiş etdirə bilməzdi. Çünki 1993-cü ildən bugünümüzə qədər davam edən siyasət birbaşa Azərbaycan vətəndaşının, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsinə, onun güzəranının, sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına yönəlib. Bu siyasətin də başında mərhum dövlət başçımız, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları dayanıb.

Bu baxımdan da, Azərbaycan vətəndaşı, insanlarımız bu siyasəti, bu siyasəti yaradan və həyata keçirən insanları, qüvvələri qoyub, başqa qüvvələrə və şəxslərə öz taleyni bağlaya, ona etibar edə bilməzdi. İnsanlarımız, vətəndaşlarımız da yaxşı bilir ki, onu inkişafa, tərəqqiyə, sabitliyə, təhlükəsizliyə aparan məhz Heydər Əliyev və İlham Əliyev siyasəti, Heydər Əliyev və İlham Əliyev iqtidarıdır. Odur ki, növbəti rəy sorğusunda da özünün bu siyasətə və mövcud hakimiyyətə, xüsusilə, ölkə Prezidenti İlham Əliyevə etimadını, dəstəyini və sədaqətini nümayiş etdirib”-deyə, E. Səlimov daha sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir – FOTO – YENİLƏNİB

Read Next

“Bu görüşlər gələcəkdə də davam etdiriləcək…” – ÇAVUŞOĞLU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir