Reus “ən yaxşı futbolçu” seçildi…

“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Reus Almaniyanın millisinin heyətində ilin ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı keçirilən səsvermədə 29 yaşlı yarımmüdafiəçi səslərin 33,9 faizini toplayaraq millisinin ən yaxşı futbolçusu adına layiq görülüb.

“Bavariya”nın müdafiəçisi Coşua Kimmix 31 faiz, “Mançester Siti”nin hücumçusu Leroy Sane isə 10,3 faiz səs toplayıblar.

Marko Reus ötən il milli komandanın heyətində səkkiz oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.

O, Rusiyada keçirilən XXI dünya çempionatının qrup mərhələsinin üç oyununda milli komandanın heyətində meydana çıxıb.

Etikxeber.az

Read Previous

Boliviyadan 2 kq kokain gətirən “turist” saxlanıldı – ƏMƏLİYYAT – FOTO

Read Next

Yeni pul vahidi dövriyyəyə buraxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir