Rio-de-Janeyroda paralimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı

para

Bu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Paralimpiya Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.

Etikxeber.az

Read Previous

Rasi-zadənin səlahiyyətlərindən biri ləğv olundu

Read Next

Baku Chess-2016: Kişilərdən ibarət əsas yığmamız qələbə seriyasını davam etdirir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir