“River Pleyt” dördüncü dəfə “Libertadores” kubokunu qazandı – FOTOLAR

“Libertadores” kuboku uğrunda Argentinanın “River Pleyt” və “Boka Xuniors” klubları arasında final matçının cavab görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, Madridin “Santyaqo Bernabeo” stadionunda təşkil olunan oyunda iki əzəli rəqib üz-üzə gəlib.

Görüş “River Pleyt” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

riverrr

riverrr-1

Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də “Alberto Armando” stadionunda keçirilən ilk matçda qalib müəyyənləşməyib – 2:2. Daha əvvəl cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb. Bundan sonra hüquq-mühafizə orqanları “Libertadores” kubokunun cavab matçında təhlükəsizliyi təmin etməkdən boyun qaçırıblar.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) görüşün Argentinanın hüdudlarından kənarda keçiriləcəyini açıqlayandan sonra oyuna ev sahibliyi ilə bağlı bir neçə şəhərdən təklif irəli sürülüb.

Uzun müzakirələrdən sonra CONMEBOL rəhbərliyi matçın Madriddə oynanılmasına dair qərar qəbul edilib.

Hər iki klubun azarkeşlərinə matçda iştirak etməyə icazə verilib.

Etikxeber.az

Read Previous

Ermənistanda parlament seçkiləri başa çatdı – PAŞİNYANIN BLOKU ÖNDƏDİR – YENİLƏNİB

Read Next

“Paris inqilab”ı təşkilatçılığının arxasında milyonların gizləndiyi sezilir – DEPUTAT PARİSDƏN YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir