“Roma” “Barsa”nın hücumçusunu icarəyə götürdü…

İtaliyanın “Roma” futbol klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Karles Peresi icarə əsasında öz heyətinə cəlb edib.

Etikxeber.az xəbər verir ki, 21 yaşlı ispaniyalı hücumçu cari mövsümün sonunadək icarə əsasında Roma təmsilçisində çıxış edəcək.

İtaliya klubu bir milyon avro icarə haqqı ödəyib. Klub cari mövsümün sonu 11 milyon avro ödəyərək ispaniyalı futbolçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, K.Peres cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 13 matçda 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

İlham Məmmədov-ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKDİ… -FOTOLAR

Read Next

Ağsaqqallar Zahid Oruca-NƏ SÖZ VERDİLƏR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir