Roma Papasının səfəri baş çatdı

Oktyabrın 2-də Roma Papası Fransisk ölkəmizə səfəri çərçivəsində Heydər Məscidində oldu.

Etikxeber.az xəbər verir ki, Papa Fransisk Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşdü.

Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Heydər məscidi barədə məlumat verdi.

Sonra qarşılıqlı hədiyyələr təqdim olundu.

Daha sonra şeyxülislam Allahşükür Paşazadə və Papa Fransisk təkbətək görüşdülər.

Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşdə şeyxülislam Allahşükür Paşazadə və Papa Fransisk çıxış etdilər.

Sonda Roma Papası Fransisk dini icmaların rəhbərləri ilə söhbət etdi.

***

Roma Papası Fransiskin Azərbaycan Respublikasına pastoral səfəri oktyabrın 2-də başa çatdı.

Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

frank-6

Etikxeber.az

Read Previous

“Daşın nəğməsi” …

Read Next

Əliyev: “Bu, bütün dünyaya lazımdır…” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir