“Roma” – “Qarabağ” qarşılaşması- BİR AZDAN – YENİLƏNİB

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

Etikxeber.az məlumat verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxacaq.

Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olacaq.  

romaaaaaaa

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyükdür. “Canavarlar” 1/8 finala çıxmaq üçün  qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)


Baş hakim:
 Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu


23:45. “Çelsi” (İngiltərə) – “Atletiko” (İspaniya)  

Çelsi 5 3 1 1 15:7 10
Roma 5 2 2 1 8:6 8
Atletiko 5 1 3 1 4:3 6
Qarabağ 5 0 2 3 2:13 2

***

“Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.

İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.

Etikxeber.az

Read Previous

“Yeni təyinat köhnə qvardiyanın mövqelərini zəiflətməyə hesablanıb” – BAXIŞ BUCAĞI

Read Next

Rafael Hüseynov Avropa Şurasında məruzəçi təyin edildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir