Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Barselona” futbol komandası və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo Kataloniya klubunda səfir vəzifəsinə gətirilir.
Etikxeber.az “El Mundo Deportivo” qəzetinə istinadla xəbər verir ki, təyinatla bağlı artıq “Barselona”nın prezidenti Xosep Bartomeu Ronaldinyo ilə görüşüb. Görüşdə braziliyalı ulduz rəhbərliklə kluba qayıdışı ilə bağlı müzakirələr aparıb. O, səfir vəzifəsini icra etməklə beynəlxalq arenada klubun maliyyə imkanları və imicinin daha da artmasına köməklik göstərəcək.
Xatırladaq ki, “sambaçı” 2003–2008-ci illərdə “Barselona”da forma geyinib.
Etikxeber.az