Rövnəq Abdullayev ARDNŞ-in prezidenti, Rövşən Nəcəf nazir müavini vəzifəsindən azad edildi-SABİQ SOCAR ŞEFİ MİKAYIL CABBAROVA MÜAVİN GÖNDƏRİLDİ, EKS NAZİR MÜAVİNİ İSƏ ARDNŞ PREZİDENTİNİN SƏLAHİYYƏTLƏRİNİ İCRA EDƏCƏK – YENİLƏNİB – (3)

Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezidentin digər Sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Eyni zamanda, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Bu barədə də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezidentin başqa Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

***

Prezidentin növbəti Sərəncamı ilə Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Bu Sərəncam da imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

“ARB”-də qayınanasını öldürdüyünü-ETİRAF ETDİ, ANCAQ…BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Read Next

SOCAR-ın iki birinci vitse-prezidenti olacaq-FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir