Rövşən Əkbərov həbs edildi və nədə ittiham olunduğu-MƏLUM OLDU…

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs edilib.

Etikxeber.az-ın xəbərinə görə, Baş Prokurorluq da R. Əkbərovun həbsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən mediaya bildirilib ki, R.Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur. 

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eyni zamanda, R. Əkbərovun nədə ittiham olunduğu məlum olub.

R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib.

Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında R.Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Bu gün Azərbaycanda “İlaxır çərşənbə”-QEYD OLUNUR…

Read Next

Hökumətin parlamentə- NÖVBƏTİ HESABATI – SPİKER 2020-Cİ İLİ ŞƏRƏFLİ İL KİMİ QİYMƏTLƏNDİRDİ, BAŞ NAZİR AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ, “ŞİŞİRDİLMİŞ QİYMƏTLƏR”DƏN DANIŞDI – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir