Rövşən Rzayev Samvel Farmanyanı yalançılıqda ittiham etdi…

AŞPA-nın qış sessiyasında azad müzakirələr zamanı erməni deputat Samvel Farmanyan yenidən Azərbaycana, bu qurumdakı nümayəndə heyətimizin üzvlərinə qarşı əsassız ittihamlar səsləndirib.

Etikxeber.az xəbər verir ki, erməni deputatın çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev Samvel Farmanyanın söylədiklərinin tamamilə yanlış olduğunu bildirib. O, deyib ki, artıq beynəlxalq birlik Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını tanıyır və bu, erməniləri qıcıqlandırır. Onlar diqqəti bu mövzudan yayındırmağa çalışırlar, buna görə də əsassız, yalan fikirlər söyləyirlər.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün bütün dünya Azərbaycanın haqq sözünü dediyini aydın görür. O, 2016-cı il noyabr ayının əvvəllərində Yerevandan gələn üç erməni və üç azərbaycanlının birlikdə Bakıda Ermənistan-Azərbaycan Sülh Platforması yaratdıqlarını, qısa müddətdə 7 erməninin bu platformaya qoşulduğunu, beynəlxalq təşkilatların bu platformanı dəstəklədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, erməni deputatlar aqressiv yanaşmadan əl çəkməlidirlər. R.Rzayev bütün AŞPA üzvlərini bu platformanı dəstəkləməyə, erməni deputatları isə ona üzv olmağa və sülh mövqeyi tutmağa səsləyib. O vurğulayıb ki, sülhün alternativi yoxdur.

Etikxeber.az

Read Previous

“O, insanlar qaytarılmalıdır…” – AŞPA-nın baş katibi

Read Next

Separatistin adı separatist, terroristin adı terrorist, işğalçının adı işğalçıdır – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir